Modern.az

İstanbuldan Bakıya səkkiz təyyarə reysi ləğv edilib

İstanbuldan Bakıya səkkiz təyyarə reysi ləğv edilib

10 Yanvar 2017, 02:07

İstanbuldan Bakıya səkkiz təyyarə reysi ləğv edilib. Modern.az saytı xəbər verir ki, bu barədə musavat.com-a Heydər Əliyev Bakı Beynəlxalq Hava limanından məlumat verilib. Məlumata görə, İstanbuldakı qarlı-şaxtalı hava üzündən İstanbulun Atatürk hava limanından Bakıya TK 334/J2 6334, TK 336/J2 6336, TK 338/J2 6338, Sabiha Gökçen hava limanından TK 340 saylı reyslər ləğv edilib. Bundan başqa, Bakıdan İstanbulun Atatürk hava limanına TK 335/J2 6335, TK 339/J2 6339, TK 337/J2 6337, Sabiha Gökçen hava limanına TK 341 saylı reyslərlə də uçuş həyata keçirilməyib. Uçuşların nə vaxta təxirə salındığı barədə məlumat yoxdur.

 

Qeyd edək ki, “Türk hava yolları” İstanbuldan təkcə bu günə planlaşdırılan 121 reysi ləğv edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?