Türkiyə Böyük Millət Məclisində Anayasa dəyisikliyi ilə bağlı keçirilən gizli səsvermə yekunlaşıb.
Modern.az saytı xəbər verir ki, gizli səsvermədə 480 millət vəkilli iştirak edib. Millət vəkilllərindən 338 nəfəri təklif edilən dəyişikliyin müzakirəsinin lehinə səs verib. Ana Yasa dəyişikliyinin əleyhinə isə 134 nəfər çıxıb. 2 nəfər bitərəf qalıb, 5 bülleten boş olub, bir bülleten isə etibarsız sayılıb.
Qeyd edək ki, Ana Yasa dəyişiklikləri ilə bağlı müzakirələr bu gün davam etdiriləcək.
Modern.az