Modern.az

Mehman Hüseynov məhkəməyə aparıldı - YENİLƏNİB 

Mehman Hüseynov məhkəməyə aparıldı - YENİLƏNİB 

Aktual

10 Yanvar 2017, 11:57

Tanınmış bloqqer Mehman Hüseynov saxlınılıb. Bu haqda Modern.az-a onun vəkil Elçin Sadıqov məlumat verib.

O deyib ki, Mehman Hüseynov 22-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub:

“Nəsimi Polis İdarəsindən dedilər ki, Mehmanı indi Nəsimi Rayon Məhkəməsinə aparıblar”.

Qeyd edək ki, bloqqqerin yaxınlarının verdiyi məlumata görə, o,  yanvarın 9-dan etibarən yoxa çıxıb.

***

Mehman Hüseynov hal-hazırda Nəsimi rayon Məhkəməsindədir. İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) saxlanılıb.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov baxacaq.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?