Şəmkir rayonunda baş verən ağır yol qəzası zamanı iki sürücü ölüb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə Şəmkir rayonunun Kür qəsəbəsində baş verib.
Rayon sakini Nadir Əhmədovun idarə etdiyi "KİA" və Mingəçevir şəhər sakini Əbülfət Məmmədovun idarə etdiyi "Grand-River" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Modern.az