"BakuBus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev avtobus qəzası ilə bağlı açıqlama verib. O, Modern.az-a deyib ki, hadisənin “BakuBus” sürücüsü tərəfindən törədilməsi fikri tamamilə yanlışdı:
“Bu reallığı əks etdirmir. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma başa çatdıqdan sonra hadisə bütün detalları ilə ictimaiyyətə təqdim olunacaq”.
Qeyd edək ki, yanarın 9-da, Bakı şəhəri, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.
Gülşən RAUFQIZI