Azərbaycanda insan alverçisi tutuldu. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilmiş və həyata keçirilmiş tədbirlərlə o, tutulub.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb.
Modern.az