Modern.az

Azərbaycanda 6 məsciddən oğurluq edilib

Azərbaycanda 6 məsciddən oğurluq edilib

10 Yanvar 2017, 12:45

Masallı rayonunda məscidin nəzir qutusundan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də "Şeyx Səfi" məscidinin nəzir qutusundan 110 manat pul oğurlamaqda şübhəli bilinən Seybətin kənd sakini Ağahüseyn Həbibov tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin oktyabr ayından cari il yanvarın 4-dək olan müddətdə rayon ərazisindəki daha 5 məsciddən 85 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?