Modern.az

Araşdırmaçı Jurnalistika Məktəbinə qəbul olunan jurnalistlərin adları açıqlandı (SİYAHI)

Araşdırmaçı Jurnalistika Məktəbinə qəbul olunan jurnalistlərin adları açıqlandı  (SİYAHI)

17 Mart 2011, 18:42

Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Gəlirlərə Nəzarət İnstitutu tərəfindən yaradılmış "Regional Araşdırmaçı Jurnalistika Məktəbi"nə qəbul olunan jurnalistlərin kimliyinə aydınlıq gətirilib.  Modern.az-ın məlumatına görə, ekspertlərin bu gün keçirilmiş iclasında yekun qərar verilib. Beləliklə “İctimai Vəsaitlərlə bağlı Regional Araşdırıcı Jurnalistika Məktəbi”nə Azərbaycandan Səadət Akifqızı, Nicat Dağlar, Cavid Xəlilov, Fərəh Sabirqızı və Rəna Allahverdiyeva seçilib.

Adıçəkilən media mənsubları aprelin 14-16-da  Məktəbin ilkin təlimlərində iştirak edəcəklər.     

Qeyd edək ki,  “İctimai Vəsaitlərlə bağlı Regional Araşdırıcı Jurnalistika Məktəbi” “Soros” Fondunun Şəfafflıq və İfadə Azadlığı proqramlarının yeni layihəsidir. Regional şəbəkələşmə, birgə araşdırmalar və peşəkar keyfiyyətlərin artırılması yolu ilə şəffaflıq, səmərəlilik və hesabatlılığın artırılması məqsədi yarılmış Məktəbdə Azərbaycanla yanaşı  Gürcüstan, Ukrayna  və Qazaxstanın təlim keçmiş jurnalistləri də iştirak edəcək. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal