Yanvarın 5-də “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin geniş tərkibli iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda komitənin idarə heyəti, bölgə rəhbərləri və mətbuat nümayəndələri iştirak ediblər. Konfransda “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov yeni ildə qarşıda duran vəzifə və perspektivlər barədə qurum üzvlərinə məlumat verib. Həmçinin komitənin keçmiş üzvlərinin yenidən təşkilata bərpa olunması məsələsinə baxılıb. Komitə yenidən formalaşaraq bərpa olunub.
Daha sonra Süleyman Süleymanov, Elçin Şirinov, Vahid Fərəcov komitə sədrinin müavinləri vəzifəsinə təyin olunublar.
Komitənin bölgələrdəki şöbələrinə rəhbər təyinatları da olub. Belə ki, Ağakərim Əzimov Cənub bölgəsinə, Vahab Həbibov Şimal bölgəsinə, Rafiq Lətifov Şəki bölgəsinə, Ramin Ağazadə Şamaxı bölgəsinə, Fərhad Musayev Gəncəbasar bölgəsinə, Akif Əliyev bölgəsinə rəhbər təyin olunublar.
Qəribbala Novruzov baş ekspert, Emil Səttarov ekspert vəzifələrinə bərpa olunub.
Bununla yanaşı, komitənin bir sıra digər keçmiş üzvləri və yeni simalar da qurumun sıralarına cəlb olunub.
Konfransda digər cari məsələlər də müzakirə olunub.
Beləliklə Elşad Həmidovun rəhbərliyi altında “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” öz fəaliyyətini tam şəkildə bərpa edib.
Mirmahmud KAZIMOĞLU