Modern.az

“Gənc Əkinçi” Akademiyası yenidən işə  başlayır

“Gənc Əkinçi” Akademiyası yenidən işə  başlayır

10 Yanvar 2017, 15:41

Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “İRƏLİ” İctimai Birliyi tərəfindən “Gənc Əkinçi” Akademiyası II dəfə 2017-ci ildə öz işinə start verir. Artıq uzun müddətdir “İRƏLİ” İctimai Birliyi tərəfindən gənc jurnalistlərin iştirakı ilə həyata keçirilən yay və qış məktəbləri öz uğurlu nəticələri ilə hər zaman diqqət çəkib.

 

2015-ci ildə İsmayıllı rayonunda baş tutmuş layihənin davamı olaraqQuba rayonunda reallaşdırılacaq “Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq.

 

Əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi “Əkinçi” qəzetininyaşadılması və gənclər arasında təbliğidir.

 

“Gənc Əkinçi” 2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda Gənc Əkinçi qəzetinin ilk nömrəsi çapdan çıxdı və bu Milli mətbuat günümüzdə reallaşdı. Layihənin davamı olaraq həyata keçiriləcək olan akademiyada formalaşan yeni gənc jurnalistlər komandası tərəfindən“Gənc Əkinçi” qəzetinin növbəti nəşrlərinin çap olunmasını hədəfləyib.

 

Gənclərin köşə yazıları, Azərbaycanda aparılan gənclər siyasəti haqqında məlumatların, eynisi ilə gənclərin maraq dairələrinə uyğun yeni bir qəzetin yaradılması layihənin davamlı olaraq oxuculara yeni informasiyaların verilməsini təmin edəcək.

 

Qeyd edək ki, “Azad İradəli Əkinçi”, “Natiqlik və nitq mədəniyyəti”, “Araşdırma jurnalistikası”,”Münaqişə tərəfi Azərbaycan”, “ KİV-də texnikanın rolu”, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənc jurnalistlərin rolu”, “Sosial media və ya ənənəvi media” kimi mövzularda peşəkarlar tərəfindənkeçiriləcək təlim və seminarlar, eyni zamanda praktiki məşğələlər, simuliyasiya oyunları gənc jurnalistlər üçün yeni stimul yaradacaq.

 

Yanvar ayında keçirilməsi nəzərədə tutulan layihə çərçivəsində “Gənc Əkinçi” qəzetinin növbəti sayının hazırlanması nəzərdə tutulur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?