Modern.az

İstanbulda cənazə namazında qəza: 1 ölü, 10 yaralı  

 İstanbulda cənazə namazında qəza: 1 ölü, 10 yaralı    

Aktual

3 Yanvar 2017, 16:29

Türkiyənin İstanbul şəhərinin Ataköy rayonundakı məscidin həyətində quraşdırılan çadırın damı çöküb.

Bu barədə Trend NTV telekanalına istinadən məlumat verir.

Hadisə nəticəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata əsasən, üzərinə qar yığılan örtük ağırlıq nəticəsində çöküb. Həmin vaxt cənazə namazı qılınırmış.

Məscidin həyətinə təcili tibbi yardım maşınları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?