Modern.az

Mehman Hüseynov cərimələndi və sərbəst buraxıldı

Mehman Hüseynov cərimələndi və sərbəst buraxıldı

10 Yanvar 2017, 16:35

Tanınmış bloqqer Mehman Hüseynov sərbəst buraxılıb. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

O deyib ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinib:

“Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Mehman 200 manat cərimələndi və azadlığa buraxıldı”.


 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?