İsrail Azərbaycana səfər etmək istəyən ölkə vətəndaşları üçün viza rejimində dəyişiklik edib.
Modern.az İsrail KİV-nə istinadən xəbər verir ki, viza əvvəlki kimi Heydər Əliyev adına hava limanında deyil, sırf evisa.gov.az saytı vasitəsilə veriləcək.
Azərbaycana viza almaq istəyən İsrail vətəndaşı həmin saytda göstərilən təlimatlara əməl etməlidir.
Vüqar İSMAYILOV