Modern.az

Polşada 71 nəfər soyuqdan ölüb

Polşada 71 nəfər soyuqdan ölüb

10 Yanvar 2017, 16:44

Avropa qitəsini cənginə alan şaxtalı hava səbəbindən Polşada daha 6 nəfər ölüb.

 

Modern.az xarici mediaya istinadən bildirir ki, bundan əvvəl 10 nəfərin öldüyü haqda məlumat verilib.

Beləliklə, noyabr ayından bəri Polşada soyuqdəymədən ölənlərin sayı 71-ə çatıb.

Polşada havalar ötən həftənin axırından qəflətən soyumağa başlayıb. Bəzi yerlərdə 37 dərəcə şaxta qeydə alınıb.

Bu ölkədə ən soyuq hava rekordu 1940-cı ildə mənfi 41 dərəcə qeydə alınıb.

Avropanın müxtəlif ölkələrində şaxtadan həlak olanların sayı isə ən azı 40 nəfərdir. Onların əksəriyyəti evsizlər və mühacirlərdir.

 Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?