Modern.az

Türkiyədə polis idarəsinə hücum: terrorçu öldürüldü

Türkiyədə polis idarəsinə hücum: terrorçu öldürüldü

Aktual

10 Yanvar 2017, 16:56

Türkiyənin Qaziantep şəhərində Polis İdarəsinin qarşısında atışma olub.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, şəhərin İncilipınar məhəlləsində yerləşən İdarənin önündə yerli vaxtla saat 15:15-də atəş səsləri eşidilib.

Təxminən 10 dəqiqə davam edən atışmadan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.

Poli İdarəsinin qarşısında bir terrorçunun yerdə hərəkətsiz vəziyyətdə qaldığı bildirilir. Daha bir iddiaya görə, içəri daxil olmağa çalışan bir terrorçu öldürülüb.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Hadisə şahidləri bir polisin yaralı olduğunu, yerdə qalan bir nəfərin də ölən terrorçu olduğunu deyirlər. "Canlı bomba"nın İdarənin binasına girmək istəyərkən öldürüldüyü bildirilir.

Məlumata görə, polis qaçmağa çalışan ikinci terrorçunun arxasınca düşüb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?