Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış törədilib.
Modern.az “Reuters” agentliyinə istinadən məlumatına görə partlayışlar parlament binası yaxınlığında baş verib.
Hadisə nəticəsində 27 nəfər həlak olub, 70 nəfər yaralanıb. Kabil polisi bildirib ki, partlayışlardan biri kamikadze tərəfindən törədilib. Digər partlayış isə avtomobildə olan partlayıcının işə düşməsi ilə baş verib.
Partlayışlarla bağlı “Taliban” məsuliyyəti öz üzərinə götürüb.
Modern.az