Modern.az

Con Kerri gözlənilmədən Gürcüstana səfər edib

Con Kerri gözlənilmədən Gürcüstana səfər edib

12 Yanvar 2017, 14:43

ABŞ-ın Dövlət katibi Con Kerri gözlənilmədən Gürcüstana səfər edib. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, amerikalı diplomat gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.

 

Kerri Gürcüstanın regiondakı önəmindən danışıb və demokratiyanın inkişafına toxunub. Bundan öncə, Kerri 2016-cı ilin iyulunda Tbilisiyə səfər etmişdi.

 

ABŞ-ın yeni Dövlət katibi postuna Reks Tillerson təyin olunub.

 

Vüqar İSMAYILOV

     

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!