Çin Dövlət Şurası “Çinin Sakit okean regionunda strateji əməkdaşlıq siyasəti” adlı sənəd qəbul edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəddə rəsmi Pekin üçün ən önəmli tərəfdaş ABŞ göstərilib.
“2015-ci ildən bəri Çin və Abş arasında münasibətlər stabil qalır və hətta inkişaf edir”.
Hesabatda ikinci ən önəmli ölkə kimi Rusiya göstərilir.
“Rusiya bizim ən böyük qonşumuz, strateji tərəfdaşımız və diplomatik prioritetimiz rolundadır”.
Dövlət Şurası 3 və 4-cü pillələrdə müvafiq olaraq Hindistan və Yaponiyanı yerləşdirib. Çin Dövlət Şurasının sənədi ilk dəfədir ki, dərc olunur.
Vüqar İSMAYILOV