Azərbaycan futbolunda itki baş verib.
Modern.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, "Kəpəz"in və milli komandanın sabiq futbolçusu Faiq Cabbarov dünyasını dəyişib. 44 yaşlı keçmiş müdafiəçi yatıb, yuxudan oynamayıb.
***
Günün ikinci yarısında xəbər təkzib olunub.
Faiq Cabbarovun qardaşı Səttar Cabbarov sayta açıqlamasında xəbəri təkzib edib:
“Faiq səndən də, məndən də sağlamdır. Bilmirəm bu xəbərlər hardan çıxıb? Onu hamı tanıyır. Küçədə yıxılıb ölsə, hər yerə səs-küy düşər. Ona görə də bu söhbətlərə inanmayın. Sadəcə o, arada 3-4 günlük gedir. Buna görə də səs-soraq yoxdur. Ona deyəcəyəm ki, özü sizə zəng eləsin”.
Modern.az