Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin yeni qubernatorunu təqdim edib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki. bu postu Maksim Stepanov tutacaq.
Stepanov 2008-2010-cu illərdə Odessa şəhər administrasiyasının 1-ci müavini olub. Yanukoviç hakimiyyətə gəldikdən sonra isə vəzifəsindən azad olunub.
Xatırladaq ki, 2016-cı ilin noyabrına qədər Odessanın qubernatoru postunun Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tuturdu.
Vüqar İSMAYILOV