Modern.az

Jurnalistə 2 il 6 ay iş kəsildi

Jurnalistə 2 il 6 ay iş kəsildi

12 Yanvar 2017, 16:28

Jurnalist Əfqan Sadıqov həbs edilib. Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, işə Cəlilabad Rayon Məhkəməsində baxılıb:

“Əfqan Sadıqov Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi.”

Vəkil hökmün əsassız olduğunu iddia edərək Əfqan Sadıqovun Cəlilabad rayon icra hakimiyyətinin başçısının barəsində tənqidi yazılarına görə tutulduğunu qeyd edib. O hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.

 
Ə.Sadıqov Cəlibadda fəaliyyət göstərən Azel.Tv saytının rəhbəridir.

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!