Modern.az

Çeçenistanın azərbaycanlı naziri: “Yanımıza Azərbaycandan da müalicəyə gələnlər var”

Çeçenistanın azərbaycanlı naziri: “Yanımıza Azərbaycandan da müalicəyə gələnlər var”

12 Yanvar 2017, 17:10

Çeçenistanın azərbaycanlı səhiyyə naziri Elxan Süleymanov Rusiya KİV-nə açıqlama verib. Modern.az xəbər verir ki, azərbaycanlı nazir özü barədə danışıb.

 

“Mən Bakıda 245 saylı orta məktəbi bitirmişəm və Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 1998-ci ildə isə universiteti fərqlənmə ilə bitirmişəm. Daha sonra bu gün də dostluq etdiyim Cəmil Əliyevin rəhbərliyi altında Bakı Milli Onkoloji Mərkəzində çalışmışam.
Ardınca Moskvada Bloxin adına Onkoloji Mərkəzin aspiranturasında təhsil almışam. Orada tibb elmləri namizədi elmi adını müdafiə etdim və işləməyə başladım”.

 

Elxan Süleymanov qonşu bölgələrdən Çeçenistana müalicə üçün insanların gəldiyini deyib.

 

“Biz qonşu regionlardan da müalicə üçün insanları qəbul edirik. Azərbaycandan da xeyli pasiyentimiz var”.

 

Vüqar İSMAYILOV

  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!