Ukraynada son bir sutka ərzində 11 nəfər soyuqdan dünyasını dəyişib. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, beləliklə, şaxtalı havalar başlayandan bəri ölkədə ölənlərin sayı 40-a çatıb.
Səhiyyə Nazirliyinin təcili tibbi yardım mərkəzinin idarə rəisi Tatyana Timoşenkonun bildirdiyinə görə, bu hadisələrdən 27-si küçədə, 10-u evdə qeydə alınıb.
Küçədə ölənlər spirtli içki qəbul etdikdən sonra donaraq həyatlarını itiriblər.
Soyuqdan ölənlərlə bağlı fakt daha çox Rovensk, Lvov və Nukolaev vilayətlərində qeydə alınıb.
Bundan əlavə, havaları şaxtalı keçməsi səbəbindən 869 nəfər tibbi yardım üçün müraciət edib, onların 753-ü xəstəxanalara yerləşdirilib.
Modern.az