Modern.az

Rusiya və Türkiyə Müdafiə Nazirlikləri memorandum imzalayıb

Rusiya və Türkiyə Müdafiə Nazirlikləri memorandum imzalayıb

Dünya

12 Yanvar 2017, 22:02

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalayıb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.     

 

Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.

 

Sənəddə həmçinin terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər