Modern.az

Türkiyənin qızıl-valyuta ehtiyatları artıb

Türkiyənin qızıl-valyuta ehtiyatları artıb

12 Yanvar 2017, 22:16

Türkiyənin qızıl-valyuta ehtiyatları 31 dekabr - 6 yanvar hesabat həftəsində 4,883 mlrd. ABŞ dolları və ya 4,6% artaraq 110,985 mlrd. dollara çatıb. Modern.az xəbər verir ki, bu "Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən məlumat yayıb.

Məlumata görə, hesabat həftəsində qızıl ehtiyatları dəyişməyərək 14,051 mlrd. dollar təşkil edib. Valyuta ehtiyatları isə 4,883 mlrd. dollar artaraq 96,934 mlrd. dollara yüksəlib.

Xatırladaq ki, yanvarın 12-də 3,9423 TRY səviyyəsinə qədər yüksələn dolların məzənnəsi hazırda TCMB ehtiyatlarının açıqlanmasından sonra 3,78 TRY səviyyəsinə qədər geriləyib. Dolalrın məzənnəsində gündəlik azalma 2,2% təşkil edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!