Modern.az

Azərbaycanda yeni həşəratlar tapıldı

Azərbaycanda yeni həşəratlar tapıldı

12 Yanvar 2017, 23:41

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu tərəfindən Qafqazın və Azərbaycanın faunası üçün yeni olan hörümçəklər və digər həşəratlar aşkar edilib. Modern.az saytı xəbər verir ki, bu barədə Trend-ə İnstitutun direktoru Elman Yusifov məlumat verib.

 

E.Yusifovun sözlərinə görə, tədqiqatlar nəticəsində 1 növ hörümçək (Alioranus pastoralis) Qafqaz faunasında, 1 cins (Odontoscirus), 2 növ gənə (Odontascirus iota, Brevipalpus phoenicis) və 4 növ hörümçək (Anagraphis pallens, Dysdera armeniaca, Tapynocyba pallens, Thyreosthenius parasiticus) Azərbaycan faunasında ilk dəfə tapılıb.

 

E.Yusifov deyib ki, azərbaycanlı alimlər həm də elm üçün ilk dəfə 5 növ otbiçənin (Mediostoma izmirica Snegovaya, Rilaena caucasica Snegovaya, Rilaena silhavyi Snegovaya, Opilio rossicus Snegovaya, Opilio morini Snegovaya) və 1 növ hörümçəyin (Pterotricha pseudoparasiriaca) təsvirini veriblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!