Modern.az

Hansı siyasi partiyalar qripə yoluxub...

Hansı siyasi partiyalar qripə yoluxub...

13 Yanvar 2017, 09:11

Son zamanlar ölkəmizdə qrip xəstəliyi tüğyan edir. Demək olar ki, hər bir evdə  bu virusa yoluxanlar var. Budəfəki qrip əvvəlkilərə bənzəmədiyindən, insanlar ondan asanlıqla yaxa qurtata bilmirlər. Xəstəlik insanların iş qabiliyyətini də aşağı salıb. Bəzi iş yerlərində qısamüddətli məcburi məzuniyyətə çıxanlar var.

Qrip digər sahələrdə çalışanlar kimi, siyasət meydanındakılara da təsir edibmi?
 
Modern.az saytı bu sualla əlaqədar bəzi partiyaların səlahiyyətli şəxslərinə müraciət edib.

Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu:

“Bir çox adamlar bu epidemiyaya yoluxub. Xoşbəxtlikdən mən və ətrafımdakı insanlar bu virusa yoluxmayıb. Virus işlərimə heç bir təsir etməyib”.

Ədalət partiyasının sədri İlyas İsmayılov:

“Nə mən özüm, nə də ətrafımdakı insanlar qripə yoluxub. Kimsə bu virusa yoluxanda bütün işləri bərbad günə düşür. Özümüzü bir təhər qorumuşuq”. 

Klassik Xalq Cəbhəsi Partiyasını sədri Mirmahmud Mirəlioğlu:

“Demək olar ki, Azərbaycanda virusa yoluxmayan ailə qalmayıb. Maraqlı məsələ ondan ibarətdir ki, görəsən səhiyyə naziri Oqtay Şirəliyev bu virusa yoluxubmu? Səhiyyə Nazirliyinin fəaliyyəti yaxşı olsa, hamı bu virusdan tez xilas olar”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasınıının (AXCP) sədr müavini Gözəl Bayramova:

“Mən özüm bu xəstəliyi keçirməmişəm. Yaxınlarımızda uzun müddət bu xəstəlikdən əziyyət çəkənlər var. Xəstəliyə yoluxanlar ağır keçirirlər”.

 

Qafar Ağayev

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!