Modern.az

Məktəbdən oğurluq edən dəstə tutuldu

Məktəbdən oğurluq edən dəstə tutuldu

13 Yanvar 2017, 11:58

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompyuteri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, saxlanılanlar Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanovdur.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların həmin gün qəsəbə ərazisindəki 2 mağazadan pul, tütün məmulatı və sərinləşdirici içkilər oğurlamaları da müəyyən edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!