Modern.az

Kirayədə yaşadığı evdə yanıb öldü

Kirayədə yaşadığı evdə yanıb öldü

13 Yanvar 2017, 13:33

Şəmkir rayonunda kirayədə yaşayan şəxs evdə yanıb ölüb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, yanvarın 12-də saat 7 radələrində Şəmkir rayonunun Yeni Həyat kənd sakini Xumar Həsənovanın evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada kirayədə yaşayan Daşkəsən rayon sakini Rafiq Əsgərovun yanmış meyiti tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!