Modern.az

Trampın andiçməsində iştirak üçün Azərbaycana dəvət gəlməyib

Trampın andiçməsində iştirak üçün Azərbaycana dəvət gəlməyib

13 Yanvar 2017, 14:22

Yanvarın 20-də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiya (andiçmə) mərasimi keçiriləcək.

Azərbaycandan rəsmi olaraq andiçmə mərasiminə kimlər qatılacaq?

Bununla bağlı hər hansı dəvət gəlibmi?

 

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə bir məlumata malik olmadığını  deyib.

“Bu barədə heç bir məlumatım yoxdur” .

 

Milli Məclisin Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə də belə bir dəvətin gəlmədiyini bildirib.

“Amerika prezidentinin andiçmə mərasimində  vətəndaşlar, siyasətlə məşğul olan adamlar,  partiya nümayəndələri iştirak edir. Çox güman ki, bu dəfə də belə olacaq. Bizə isə andiçmə mərasimində iştirak etmək üçün  heç bir dəvət gəlməyib”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!