Modern.az

Gömrükdə daha iki pul qaçaqmalçısı tutuldu

Gömrükdə daha iki pul qaçaqmalçısı tutuldu

13 Yanvar 2017, 15:15

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü”  gömrük postunda  “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat zamanı  Azərbaycandan Gürcüstana səyahət edən 2 nəfər Azərbaycan Respublikası vətəndaşının üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi  yoxlama aparılıb. 

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, yoxlama zamanı həmin şəxslərdən birinin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilən,  gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 milyon Rusiya rublu, digərinin üzərindəki gödəkcənin cibindən isə sellofan paketdə bükülü vəziyyətdə  400 min Rusiya rublu aşkar edilib.

   
“Sınıq Körpü” gömrük postunda aşkar edilən daha bir valyuta qaçaqmalçılığı faktı üzrə isə Gürcüstan Respublikasına səyəhət edən Azərbaycan Respublikası  vətəndaşının üzərindəki  gödəkçənin cibindən gömrük nəzarətindən gizlədilən  600 min Rusiya rublu aşkar edilib.

 
Hər iki faktla bağlı araşdırma aparılır.  

 

Modern.az

                                                                                   

                     

 

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!