Modern.az

Təbrizdə tunel çöküb: 3 ölü

Təbrizdə tunel çöküb: 3 ölü

Aktual

13 Yanvar 2017, 21:33

Təbrizdə tunelin çökməsi nəticəsində 3 nəfər ölüb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, insident Təbrizin Xaqani küçəsində  baş verib.

 

Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

 

Hadisə fəhlələr  tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi  elektrik enerjisi ilə təmin etmək üçün  500 meqavatlıq  elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir