Modern.az

Goranboyda qaz partlayışı

Goranboyda qaz partlayışı

Aktual

13 Yanvar 2017, 22:41

Goranboyda qaz partlayıb, xəsarət alan var. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 1964-cü il təvəllüdlü Nəhayət Cabbarova evin hamamında qaz sobasına odun yığaraq üzərinə neft töküb. Qazın gəlişindən xəbərsiz olan qadın kibriti çəkən zaman partlayış baş verib.

 

Ağır yanıq xəsarətləri alan N. Cabbarova Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona 4-cü dərəcəli yanıq (bədənin 90 faizinin yandığı) diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir