Omskda 49 yaşlı Anjella L. 45 yaşlı ərinin içki düşkünlüyündən təngə gəlib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, növbəti mübahisə zamanı o, kişinin üstünə “boyarışkin” tökərək onu yandırlb.
Hadisə ilə bağlı “Sağlamlığa ağır zərər vurma” maddəsi üzrə cinayət işi açılıb.
Kişini başında, qulaqlarında , sifətində, əllərində termiki yanıq xəsarətləri var. O, yüngül yanıq şoku da keçirib.
Modern.az