Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhərində seçiciləri ilə növbəti görüşünü keçirdi. Çoxlu sayda şirvanlı gəncin və yerli icra strukturları nümayəndələrinin iştirak etdiyi görüşdə şəhər gənclərinin qarşılaşdığı müxtəlif problemlər müzakirə edildi.
Deputat A.Quliyev ölkəmizdə gəncliklə bağlı həyata keçirilən dövlət siyasətindən danışaraq, son illər bu yöndə ciddi proqramların reallaşdırıldığını qeyd etdi. Deputat region gənclərinin inkişafında, o cümlədən gənclərin məşğulluğunun artırılmasında da irəliləyişlərin olduğunu bildirdi.
Gənclərin səsləndirdiyi təkliflərin ümumiləşdirilərək ona təqdim edilməsinin vacibliyini vurğulayan deputat A.Quliyev bu məsələlərin sonrakı həlli üçün səylərin daha da artırılacağını bildirdi.
Daha sonra deputat A.Quliyev şəhərin bir qrup seçicisi ilə görüşdü. Seçicilərini dinləyən deputat onlardan bəzilərinin qarşılaşdığı problemlərin həlli istiqamətində yerindəcə konkret addımlar atdı.
Davamlı olaraq təşkil edilən belə qəbullar zamanı millət vəkili A.Quliyev vətəndaşların şikayətlərini dinləyir, aidiyyəti məsələlər barədə onlara məsləhət verir, müəyyən qurumlara şikayətlərin həlli ilə bağlı sorğular göndərir.
|
|
|
|
|