Barak Obamanın ABŞ prezidenti qismində son mətbuat konfransının tarixi məlum olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, mətbuat konfransı yanvarın 18-də keçirəcək.
Ağ Evin mətbuat katibi Coş Ernestin sözlərinə görə, çərşənbə günü prezident Obama Ağ Evdə vida mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Barak Obama yanvarın 20-də vəzifəsini tərk edir. Həmin gün ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiya mərasimi keçiriləcək.
Modern.az