ABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb. Bu barədə Modern.az xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, ABŞ prezidenti Barak Obama sanksiyaların uzadılması barədə qərar qəbul edib.
Qeyd edək ki, İranın nüvə proqramına qarşı 1996-cı ildə qəbul olunmuş qanunun 2016-cı ilin dekabrında müddəti başa çatır.
Modern.az