Modern.az

Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

Rusiyalı alimlər yeni növ göbələk aşkarlayıblar

Aktual

14 Yanvar 2017, 09:53

Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri Rusiyanın Tver vilayətində yeni növ “Entoloma krutiсianum” göbələyini aşkarlayıblar.

Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Persoonia” jurnalında dərc olunub.

Yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. “Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir