Sabirabadda gecə saatlarında yanğın faktı qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonun Surra kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli, 4 otaqlı evin bir otağında qamışdan ibarət tavan 6 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 03:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az