Modern.az

Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdirildi

Aktual

14 Yanvar 2017, 10:52

Paytaxtda daha bir marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilir. Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.

O deyib ki, yanvarın 16-dan Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacağından, həmin prospektdən keçən 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Belə ki, təmirdən əvvəl Nəriman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər”.

 

Gülşən RAUFQIZI

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir