ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün şərtini açıqlayıb.
Modern.az saytı xəbər verir ki, Tramp bu barədə “"The Wall Street Journal"a müsahibəsində danışıb.
O qeyd edib ki, Rusiya terrorla mübarizədə, Vaşinqton üçün mühüm olan digər məqsədlərin əldə olunmasında öz faydasını təsdiqləsə, sanksiyalar ləğv edilə bilər:
Tramp yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini də bildirib.
Modern.az