Modern.az

Bərdədə ağır qəza: 1 ölü, 5 yaralı

Bərdədə ağır qəza: 1 ölü, 5 yaralı

Aktual

14 Yanvar 2017, 14:50

Yanvarın 13-də saat 15 radələrində Bərdə rayonunun Kövər kəndində Yevlax rayon sakini Saleh Şamilovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Bu haqda Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Nəticədə S.Şamilovun sərnişinlərindən oğlu Elvin hadisə yerində ölüb, özü və 2 sərnişini, habelə E.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən Rahilə Alıyeva orada dünyasını dəyişib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az 

Sizə yeni x var
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir