Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir, Honkonqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.
Hadisə nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
"Manas" hava limanın yaxınlığında olan 15 yaşayış binasına zərər dəyib.
Qəzanın səbəbləri araşdırılır.
***
Son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 32 nəfər çatıb.
***
Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Modern.az