Modern.az

Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsinin 22,7 mlyonluq borcu silindi

Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsinin 22,7 mlyonluq borcu silindi

Aktual

17 Yanvar 2017, 10:51

Vergilər Nazirliyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Siyahıda Azərbaycan İslam Həmrəyliyi Oyunlari Əməliyyat Komitəsi - 22,7 mlyon AZN, Gənclər və İdman Nazirliyi - 4,2 milyon AZN, Əmlak Məsələləri Dövlət Komitəsi - 14,2 milyon AZN, "Azərsu" ASC + "Birləşmiş Sukanal" MMC - 20,1 milyon AZN, "İlqar-NNT" MMC - 6,3 milyon AZN və başqalarının adları yer alıb.

Bundan başqa siyahıda bir neçə vbankın da adı yer alıb. Belə ki, "Atabank" ASC-nin 46 min 401,7 manat məbləğində qeyd-şərtsiz silinmiş faiz və maliyyə sanksiyası üzrə borcu silinib.

 

Bundan başqa, ləğv prosesində olan "Atrabank", "DebütBank", "Texnikabank" və "Evrobank"ın müvafiq olaraq 852 manat, 27 min 283,3 manat, 522 min 291,8 manat və 28,8 manat borcunun silinməsi təmin edilib.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin sayı 18932 nəfərdir.

 

Yanvarın 1-i tarixinə mövcud olan borcların müəyyən faiz hissəsi ödəniləcəyi təqdirdə yerdə qalan maliyyə sanksiyaları üzrə borcları silinə bilən fiziki şəxslərin adlı siyahısında isə 15 322 nəfərin adı yer alıb.

 

Gülşən RAUFQIZI

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı