Modern.az

İlham Əliyev "Procter and Gamble Europe"nin prezidenti ilə görüşüb 

İlham Əliyev "Procter and Gamble Europe"nin prezidenti ilə görüşüb 

Aktual

17 Yanvar 2017, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.

Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirildi.

“Procter and Gamble Europe” şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulandı və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edildi.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı