Millət vəkili Fəzail Ağamlının Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasına (TQDK) qarşı səsləndirdiyi rüşvətxorğluq ttihamlarına təhsil üzrə ekspert Etibar Əliyev münasibət bildirib. Modern.az-a danışan ekspertin sözlərinə görə, millət vəkilinin fikirlərini çox ciddi hesab etmək olmaz. Onun sözlərinə görə, hazırda TQDK şəffaf fəaliyyət göstərən, az narazılıqlarla müşahidə olunan qurumlardan biridir. Və 100-150 min manata tələbə qəbul etməsi inandırıcı deyil. E.Əliyev deyir ki, imtahan keçirilən gün bütün qruplar üzrə cavablar televiziyada səsləndirilir. Bu vasitə ilə istənilən şəxsin cavabalarını dəqiqləşdirmək imkanı var.
Bu məsələnin Azərbaycan vətandaşları üçün çox həssas mövzu olduğunu deyən ekspertin sözlərinə görə, əgər doğrudan da ali məktəblərə qəbul prosesində rüşvət hal baş versə, valideynlər Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasında daşı daş üstə qoymazlar. “Bu məsələ çox ciddi valideyn etirazlarına səbəb ola bilər. Bu sistem elə qurulub ki, sistemdə saxtakarlığa yol vermək mümkün deyil. Məqsədim təhsil eksperti kimi, Məleykə xanımı müdafiə etmək deyil, biz yeri gələndə onların müəyyən işlərini tənqid də edirik”.
F.Ağamalının iddiasını əsassız adlandıran müsahibimiz bildirib ki, hökumətin parlamentə hesabatı zamanı deputatlar tərəfindən daha çox təhsil sisteminin tənqidi gözlənilirdi. “Təhsil Nazirliyinin 3 tədris ili keçirdiyi buraxılış imtahanlarında nazirliyin qarşısında minlərlə insanın etirazlarının şahidi olduq. Attestatların hansı səviyyədə və necə verilməsi açıq şəkildə televiziya, saytlar, qəzetlər vasitəsilə cəmiyyətə çatdırıldı”.
Etibar Əliyev deyir ki, Fəzail Ağamalı deputat statusundan istifadə edərək TQDK-nı ittiham edib. “Çətin ki, TQDK Fəzail Ağamalını məhkəməyə versin. Çünki o, deputat mandatı daşıyır. Amma sübutsuz belə fikirlər səsləndirmək nəinki deputata, heç adi vətandaşa da yaraşmaz”.
Ekspert səslənən fikirlərin 0,1 faiz inandırıcı olmadığnı deməklə yanaşı, əlavə edib ki, TQDK sədri özü neqativ halları aşkara çıxarır və ona yol verən insanları cəzalandırır. Və bu Azərbaycan reallığı üçün çox nadir hallardandır.
E.Əliyev universitetlərdə savadsız tələbələr olması fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, bu çür tələbələr ali məktəblərdə əsasən ikinci kurslardan sonra müşahidə olunur. ”Bunu çox adam bilmir, bu problem köşürmələr nəticəsində baş verir. Bu hallar bütün universitetlərin dəbdə olan ixtisaslarında olub və davam edir. Yəni kimsə hansısa bir filiala daxil olub testdən 50-100 bal toplayıb. İkinci kursdan sonra isə bu tələbələr kütləvi olaraq digər ali məktəblərə köçürülür. Əlbəttə ki, o tələbələr 500-700 bal toplayan tələbələrin əyləşdiyi auditoriyanın korlanmasına səbə olurlar. Bu məsələ isə isə TQDK-lıq deyil”.
Sədaqət SÜLEYMANOVA