Modern.az

Fransa senatoru: “Azərbaycan multikulturalizmin bariz nümunəsidir”

Fransa senatoru: “Azərbaycan multikulturalizmin bariz nümunəsidir”

17 Yanvar 2017, 18:19

Fransa Respublikasının Senatoru, Azərbaycanla parlamentlərarasıdostluq qrupunun üzvü xanım Natali Qule 2015-2016-cı illər üzrə senatorluq fəaliyyətinə dair hesabatını təqdim edib.

 

Xanım Senator ötən 2 il ərzində Fransa Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü kimi göstərdiyi fəaliyyətini şərh edərək Fransa-Azərbaycan münasibətlərinə də öz hesabatında geniş yer ayırıb.

 

 

Normandiya regionunun Orn departamentinin senatoru  xanım Natali Qule öz hesabatında Azərbaycanla Fransa arasında əməkdaşlığın qarşılıqlı və faydalı olduğunu vurğulayır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Aşağı Normandiya Regionunun Mirasları Fonduna göstərdiyi dəstəyi və Heydər Əliyev Fondu tərəfindən Fransada Azərbaycanın tanıtımı üzrə çoxsaylı mədəni-kütləvi tədbirlərin həyata keçirməsini ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı kimi xarakterizə edir.

 

 

Roma Papasının 2016-cı ilin oktyabr ayında ölkəmizə səfərinə xüsusi  diqqət çəkən senator əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Vatikanla da sıx əlaqələri olduğunu və əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycan tərəfindən Vatikanda bir sıra dini abidələrin bərpası üzrə layihələrin gerçəkləşdirilməsini xanım Qule Azərbaycanda mövcud dini tolerantlığın və multikulturalizmin ən bariz nümunəsi kimi səciyyələndirib.

 

Çoxmillətli ölkə olan Azərbaycanda siyasi və iqtisadi sabitliyin mövcudluğunu qeyd edən senator ölkədə həyata keçirilən geniş miqyaslı iqtisadi, siyasi  islahatların ölkələrimizarasımünasibətlərin davamlı inkişafına yeni töhfələr verəcəyinə inamını ifadə edib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı