Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya səfərə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.Məmmədyarov yanvarın 19-da Kuala-Lumpur şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı-na üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün Malayziyaya səfərə yola düşüb.
Səfər əsnasında nazir E.Məmmədyarovun ikitərəfli görüşləri və tədbirdə çıxışı nəzərdə tutulub.
Modern.az