Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Modern.az