Modern.az

“Masallı Mamed”in dəfnində avtoritetlər də iştirak edib

“Masallı Mamed”in dəfnində avtoritetlər də iştirak edib

21 Mart 2011, 15:32

Xəbər verdiyimiz kimi “qanuni oğru”, kriminal aləmdə xüsusi nüfuza malik, ”Masallı Mamed" kimi tanınan Məmməd İsgəndər oğlu Hüseynov martın 20-də həbsxanada – Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisədə dünyasını dəyişib. Yaxınlarının mətbuata verdikləri məlumata görə, “Masallı Mamed”in ölümünə səbəb beyninə qan sızmasıdır.  Modern.az saytının məlumatına görə, martın 21-də Masallıda mərhumun dəfn mərasimi keçirilib. Mərasimdə iştirak edən Masallı sakinləri saytımıza bildiriblər ki, dəfn izdihamla müşayiət olunub. ”Mərhumun dəfninə minlərlə insan qatılmışdı. Ətraf rayonlardan da gələnlər çox idi. Məmməd Hüseynov Masallı qəbiristanlığında torpağa tapşırıldı”. Modern.az-ın məlumatına görə, izdihamlı dəfn mərasimində bir sıra “qanuni oğrular” da iştirak edib. Rəsmi qurumlardan isə mərasimə qatılan olmayıb.

Xatırladaq ki, uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov digər azərbaycanlı “qanuni oğru” “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU